Birxeber.az / Finlandiyanın baş naziri: "Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılmasından söhbət gedə bilməz"

Finlandiyanın baş naziri: "Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılmasından söhbət gedə bilməz"

3-02-2024, 23:50

Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılmasından söhbət gedə bilməz.

Birxeber.Az xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo bildirib.

"Biz sərhədləri aça bilmərik. Eyni zamanda, hər hansı qeyri-qanuni girişə qarşı tədbirlər hazırlamalıyıq. Hazırda hökumət bununla fəal məşğuldur. Bunun həll yolları asan olmayacaq. Finlandiya ilk növbədə sərhədlərinin təhlükəsizliyinə, milli təhlükəsizliyinə diqqət yetirir", - deyə nazir bildirib.

Geri qayıt