Birxeber.az / Çilidə meşə yanğınlarında ölənlərin sayı 19 nəfərə çatıb

Çilidə meşə yanğınlarında ölənlərin sayı 19 nəfərə çatıb

3-02-2024, 23:40

Çilidə davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti daxili işlər naziri Karolina Toaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə 92 yanğın hadisəsi baş verib, onlardan 40-ı lokallaşdırılıb.

Nazir əlavə edib ki, Valparaiso bölgəsindəki yanğınların söndürülməsinə üstünlük verilir.

Qeyd edək ki, Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Çili milli meşə idarəsi bildirib ki, təkcə Valparaisoda təxminən 7 000 hektardan artıq ərazi tamamilə yanıb.

Geri qayıt