Birxeber.az / Qvatemalada baş verən yol qəzasında azı 11 nəfər ölüb

Qvatemalada baş verən yol qəzasında azı 11 nəfər ölüb

3-02-2024, 23:40

Qvatemalanın qərbində Sakit okean magistralının 133-cü km-də sərnişinləri daşıyan yük maşını ilə motosikletin toqquşması nəticəsində azı 11 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə yerli “Prensa libre” qəzeti məlumat yayıb.

Belə ki, miqrantları daşıyan yük maşını motosikletlə toqquşduqdan sonra aşıb.

Qeyd olunub ki, ölənlərdən altısı Kuba vətəndaşıdır. Bir nəfər xəstəxanaya yerləşdirilib.

Polis hadisənin səbəblərini araşdırır.

Geri qayıt