Birxeber.az / Çilidə meşə yanğınları zamanı 19 nəfər ölüb

Çilidə meşə yanğınları zamanı 19 nəfər ölüb

3-02-2024, 22:50

Çilidə meşə yanğınları baş verib.

APA xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 19 nəfər ölüb.

Baş vermiş 92 yanğın hadisəsindən 40-ı lokallaşdırılıb.

Daha əvvəl 10 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilirdi.

Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib.

7 min hektardan çox ərazi yanıb.

Geri qayıt