Birxeber.az / Bəzi rayonlarda yollar buz bağlayacaq

Bəzi rayonlarda yollar buz bağlayacaq

3-02-2024, 22:40

Fevralın 4-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Bu barədə "Birxeber.Az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı, gecə bəzi dağlıq rayonlarda isə yolların buz bağlama ehtimalı var.

Geri qayıt