Birxeber.az / Klopp: Salah zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq

Klopp: Salah zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq

22-01-2024, 01:40

Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün “Liverpul”un düşərgəsinə qayıdacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə jurnalist Lyuis Stili sosial şəbəkədə “Liverpul”un baş məşqçisi Yürgen Kloppdan sitat gətirib.

“Salahın “Liverpul”da reabilitasiyadan keçəcəyi nəzərdə tutulub. Finala hazır olarsa, yəqin ki, Afrika Millətlər Kubokunda finalda çıxış etmək üçün yığmaya qayıdacaq”, – almaniyalı çalışdırıcı söyləyib.

Misir Futbol Assosiasiyası futbolçunu millinin düşərgəsini tərk edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Qanaya qarşı oyunda (2:2) belindən zədələnib.

Xatırladaq ki, daha öncə Misir Futbol Assosiasiyası Salahın zədə səbəbindən buraxacağı oyunlarının sayını açıqlamışdı.

Geri qayıt