Birxeber.az / Premyer Liqa: “Turan Tovuz” “Sabah”la səfərdə heç-heçə edib

Premyer Liqa: “Turan Tovuz” “Sabah”la səfərdə heç-heçə edib

3-02-2024, 19:40

Azərbaycan Premyer Liqasında XXI tur davam edir.

“Report”un məlumatına görə, ilk gündə daha bir oyun keçirilib.

“Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib. Baş məşqçi Murad Musayev iki gün əvvəl istefa verdiyindən, bakılıları meydançaya idman direktoru İqor Ponomaryov və gənc məşqçi Rəşad Eyyubov çıxarıblar.

Matçda hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə yeni transfer Aleks Souza fərqlənib. Lakin 11 dəqiqə sonra “status-kvo” bərpa olunub. Kahim Parris bərabərlik qolunun müəllifi olub. Qalan dəqiqələrdə komandaların cəhdləri heç bir nəticə verməyib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra “Sabah” xal ehtiyatını 27-yə, “Turan Tovuz” isə 26-ya çatdırıb.

Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Səbail”ə (2:1) qalib gəlib. Digər matçlar fevralın 4-5-də keçiriləcək.

Geri qayıt