Birxeber.az / İsmayıllıda avtomobil yük maşınına çırpılıb

İsmayıllıda avtomobil yük maşınına çırpılıb

3-02-2024, 18:50

İsmayıllıda avtomobil idarəetməni itirərək yük maşınına çırpılıb.

Birxeber.Az-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb. "Tofaş" markalı avtomobil idarəetməni itirərək "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Ziliyev Vüqar Təşkilat oğlu və Laçın sakini 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt