Birxeber.az / Ermənistanda qızılca xəstəliyinə yoluxma artır

Ermənistanda qızılca xəstəliyinə yoluxma artır

3-02-2024, 18:40

Ermənistanda qızılca xəstəliyinə yoluxma halları artmaqda davam edir, son həftələrdə bu rəqəm 50-55 arasında dəyişir.

“Birxeber.Az” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın səhiyyə naziri Anait Avanesyan məlumat verib.

Onun sözlərinə görə, müalicəyə ehtiyacı olan hər kəs xəstəxanaya yerləşdirilir, onların yaxınlarına isə peyvənd vurulur. Xəstəlikdən yayınmanın və ya onun kəskinləşməsinin qarşısının alınmasının ən yaxşı yolu peyvəndlənmə olaraq qalır.

“Xüsusən uşaqlar arasında peyvənd vurulması halları azalıb. Buna həm də anti-vaksinasiya təbliğatı təsir edir. Peyvənd əleyhinə təbliğat ilk növbədə uşaqlar və onların ailələri üçün təhlükəlidir”, - A.Avanesyan qeyd edib.

Geri qayıt