Birxeber.az / Azərbaycan çempionatı: “Qarabağ” və “Bakı” qələbə qazanıblar

Azərbaycan çempionatı: “Qarabağ” və “Bakı” qələbə qazanıblar

3-02-2024, 16:40

Kişi həndbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatlarında IX tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə iki oyun keçirilib.

“AHF Arena” İdman Kompleksində baş tutan matçlarda “Qarabağ” “İdman Akademiyası”nı (36:16), “Bakı” isə “Təhsil”i (40:23) məğlub edib. Bu nəticələrdən sonra həm “Qarabağ”, həm də “Bakı” xal ehtiyatını 10-a çatdırıb.

Tura fevralın 4-də keçiriləcək “Kür” – “Dinamo” oyunu ilə yekun vurulacaq.

Geri qayıt