Birxeber.az / Asiya Kuboku: Səudiyyə azlıqda qalmış Qırğızıstana qalib gələrək pley-offa çıxıb

Asiya Kuboku: Səudiyyə azlıqda qalmış Qırğızıstana qalib gələrək pley-offa çıxıb

22-01-2024, 00:40

Futbol üzrə Asiya Kubokunun qrup mərhələsinin ikinci turu çərçivəsində F qrupunda mübarizə aparan Qırğızıstan və Səudiyyə Ərəbistanı milli komandaları arasında keçirilmiş oyunda Yaxın Şərq təmsilçisi qalib olub.

“Birxeber.Az” xəbər verir ki, matç Qətərin Ər-Rayan şəhərinin Əhməd Bin Əli stadionunda baş tutub.

Yaponiyalı Dzümpei İidanın rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyunda iki qol vurulub. 35-ci dəqiqədə Məhəmməd Kano və 84-cü dəqiqədə Veysəl Əl-Həmdi Mərkəzi Asiya təmsilçisini məyus edərək səudiyyəlilərin qələbəsini təmin ediblər.

Qeyd edək ki, oyunun hələ doqquzuncu dəqiqəsində Qırğızıstan millisi azlıqda qalıb. 52-ci dəqiqədə isə meydandan qovulan qırğızıstanlıların sayı ikiyə çatıb.

Günün digəri oyununda isə Tailand və Oman heç-heçəyə razılaşıb – 0:0.

Beləliklə, Səudiyyə Ərəbistanı millisi altı xal toplayaraq pley-off mərhələsinin 1/8 finalına vəsiqəni təmin edib. “F” qrupunda növbəti pillələrdə Tailand (dörd xal), Oman (bir), Qırğızıstan (sıfır) qərarlaşıb.

Geri qayıt