Birxeber.az / PKK İraqın şimalında Türkiyə hərbçilərinə hücum edib, ölən və yaralanan var

PKK İraqın şimalında Türkiyə hərbçilərinə hücum edib, ölən və yaralanan var

3-02-2024, 15:40

İraqın şimalında PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb.

“Birxeber.Az” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, fevralın 3-də İraqın şimalında antiterror əməliyyatı bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi yaralanıb. Yaralılar hospitala yerləşdirilib.

Geri qayıt