Birxeber.az / Gənclər və idman naziri “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub

3-02-2024, 14:40

Gənclər və idman naziri Fərid Qayıbov Lənkərana səfəri çərçivəsində “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub.

“Birxeber.Az” xəbər verir ki, nazir idman zalına baxış zamanı oradakı şərait, qarşıda duran işlər barədə klubun təsisçisi olan Vətən müharibəsi veteranı Vəliəhəd Vəliyev və məşqçi Şakir Vəliyevlə fikir mübadiləsi aparıb.

Fərid Qayıbov, həmçinin idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib.

Geri qayıt