Birxeber.az / “Azərreyl-2” və “Abşeron” Azərbaycan birinciliyində qələbə qazanıblar

“Azərreyl-2” və “Abşeron” Azərbaycan birinciliyində qələbə qazanıblar

3-02-2024, 13:40

16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyində növbəti oyunlar keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının idman zalında iki görüş baş tutub.

“Azərreyl-2” komandası “İlkin”i (2:0), “Abşeron” isə “Ryuga”nı (2:0) məğlub ediblər.

Birinciliyin daha 5 görüşü fevralın 4-də reallaşacaq. Həmin gün “Azərreyl-4” - “Murov Az Terminal” (10:00), “Azərreyl-1” - “Sumqayıt” (11:30), “Milli Aviasiya Akademiyası” - “Lokomotiv” (13:00), “Xarı Bülbül Şuşa” - “Dinamo” (14:30) və “Xarı Bülbül Laçın” - “Aura” (16:00) qarşılaşmaları oynanılacaq.

Geri qayıt