Birxeber.az / Kanada Ukraynaya CRV7 aviasiya raketləri verə bilər

Kanada Ukraynaya CRV7 aviasiya raketləri verə bilər

3-02-2024, 11:40

Kanada Müdafiə Nazirliyi Ukraynaya CRV7 aviasiya raketlərinin göndərilməsi imkanlarını öyrənir.

“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanada Silahlı Qüvvələrində 2000-ci illərin əvvəllərindən istifadədən çıxarılmış 83 mindən çox belə raket var. Lakin bu raketlərin heç də hamısında döyüş başlığı yoxdur. Yalnız 8 minə yaxın raket yaxşı vəziyyətdədir ki, məhz onlar Ukraynaya verilə bilər.

Geri qayıt