Birxeber.az / Bu il Gürcüstanda ABŞ ilə birgə hərbi təlimlər keçiriləcək

Bu il Gürcüstanda ABŞ ilə birgə hərbi təlimlər keçiriləcək

3-02-2024, 11:40

Gürcüstanda 2024-cü ildə ABŞ ilə birgə “Trojan Footprint” və “Noble Partner” çoxmillətli hərbi təlimləri keçiriləcək.

"Birxeber.Az" xəbər verir ki, bu barədə baş nazirlik postuna namizəd İrakli Kobaxidzenin təqdim etdiyi "Avropa dövlətinin qurulması naminə" hökumət proqramında deyilir.

“Gürcüstanda 2024-cü ildə ABŞ-nin Avropa Komandanlığının xüsusi qərargahı yerləşəcək. Bundan əlavə, gürcü hərbçiləri ABŞ-nin xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcək”, - məlumatda qeyd edilib.

Bildirilib ki, ABŞ-nin maliyyə dəstəyi çərçivəsində bu il Gürcüstan Müdafiə Nazirliyi əsasən ölkənin müdafiə qüvvələrinin texnikasının modernləşdirilməsi məqsədilə 50 milyon ABŞ dollarından çox vəsait alacaq.

Geri qayıt