Birxeber.az / Şəmkirdə 27 yaşlı şəxs güllə xəsarəti alıb

Şəmkirdə 27 yaşlı şəxs güllə xəsarəti alıb

3-02-2024, 09:40

Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1997-ci il təvəllüdlü Z.Aslanov güllə xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə adıçəkilən kəndin ərazisində qeydə alınıb.

O, xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt