Birxeber.az / Gürcüstanın turizm gəlirləri ötən il 4 milyard ABŞ dollarını ötüb

Gürcüstanın turizm gəlirləri ötən il 4 milyard ABŞ dollarını ötüb

3-02-2024, 09:40

Gürcüstanın 2023-cü il üçün beynəlxalq səyahətçilərdən əldə etdiyi gəlir 4125,3 milyon ABŞ dolları təşkil edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının saytındakı materiallarda qeyd edilib.

Gürcüstanda turizm 2021-ci ilin yayında pandemiya səbəbiylə zəifləmədən sonra yenidən bərpa olunmağa başlayıb.

Milli Bankın məlumatına görə, 2022-ci illə müqayisədə turizm gəlirləri 17,3 faiz artıb. Bundan əlavə, 2023-cü ilin gəlirləri 2019-cu ilin rekord səviyyələrindən 26,2 faiz yüksək olub.

Geri qayıt