Birxeber.az / ABŞ-nin Suriyanın şərqindəki bazası raket atəşinə tutulub, yanğın başlayıb

ABŞ-nin Suriyanın şərqindəki bazası raket atəşinə tutulub, yanğın başlayıb

3-02-2024, 05:40

ABŞ-nin Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağındakı bazası raket atəşinə tutulub.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

“Deyr əz-Zorda “Koniko” qaz yatağındakı Amerika bazası dörd raketlə vurulub və yanğın başlayıb”, - mənbə bildirib.

Hücum zamanı insan tələfatının olub-olmadığı açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə İraq və Suriyadakı hədəflərə hücumlar həyata keçirilib.

Geri qayıt