Birxeber.az / “Rokki” və “Yırtıcı” filmlərinin məşhur aktyoru Karl Uezers vəfat edib

“Rokki” və “Yırtıcı” filmlərinin məşhur aktyoru Karl Uezers vəfat edib

3-02-2024, 01:40

Məşhur amerikalı aktyor, prodüser və rejissor Karl Uezers 76 yaşında vəfat edib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə “Deadline” onun ailəsinin açıqlamasına istinadən yazıb.

"Karl Uezersin vəfatı bizi dərindən kədərləndirdi. O, 1 fevral 2024-cü il vəfat etdi. ... Karl qeyri-adi həyat sürən müstəsna bir insan idi. Kino, televiziya və kinoya verdiyi töhfələrlə incəsənətdə, idmanda silinməz iz buraxdı və "bütün dünyada tanındı. O, sevimli qardaş, ata, baba, tərəfdaş və dost idi", - açıqlamada deyilir.

Xatırladaq ki, Uezers 14 yanvar 1948-ci ildə Yeni Orleanda anadan olub. Amerika futbolu ilə ciddi məşğul olub, lakin artıq 1974-cü ildə özünü aktyorluğa həsr etmək qərarına gəlib.

O, karyerası ərzində 75-dən çox film və teleşouya çəkilib. Daha çox Silvester Stallone ilə birlikdə çəkildiyi ilk dörd Rokki filmindəki Apollon Kred rolu ilə tanınır. Karl Uezers həmçinin “Yırtıcı” filmində də gözəl rol oynayıb.

Geri qayıt