Birxeber.az / ABŞ İran və Türkiyə vətəndaşlarını terrorda ittiham edir

ABŞ İran və Türkiyə vətəndaşlarını terrorda ittiham edir

3-02-2024, 00:50

ABŞ İran və Türkiyə vətəndaşlarını İran neftinin qeyri-qanuni ticarəti ilə bağlı terror və fırıldaqçılıqda ittiham edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Baş Prokurorluğun funksiyalarını yerinə yetirən Amerika Ədliyyə Nazirliyi məlumat yayıb.

Departamentin bəyanatında göstərilir ki, “İslam İnqilabı Keşikçiləri Korpusunun liderlərindən biri və Türkiyənin bir neçə vətəndaşı da daxil olmaqla 7 nəfər İran neftinin satışı ilə əlaqədar terrorizm, sanksiyalardan yayınma, fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunur". Bu fəaliyyətlərin SEPAH-ın Qüds Qüvvələrini maliyyələşdirmək məqsədi daşıdığı iddia edilir.

Eyni zamanda, Kolumbiya dairəsində Çin və Oman vətəndaşlarına qarşı ittihamlar irəli sürülüb.

Geri qayıt