Birxeber.az / Çin yenidən istifadə edilə bilən raketi uğurla sınaqdan keçirib

Çin yenidən istifadə edilə bilən raketi uğurla sınaqdan keçirib

3-02-2024, 00:40

Çinin “Expace” dövlət şirkəti təkrar istifadə oluna bilən daşıyıcı raket prototipi “Kuayçjou”nun uçuş sınaqlarının uğurlu olduğunu elan edib.

"Report"un xəbərinə görə, bu barədə şirkətin "WeChat" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“Expace”in məlumatına görə, ümumi uçuş vaxtı 22 saniyə olub ki, bunun da cihazı doqquz saniyə havada qalmağa sərf edib. Raket mühərriki metan və maye oksigenlə işləyib. Eniş mövqeyi dəqiq olub və raketin gövdəsi zədələnməyib, şirkət sınaq missiyasını tam uğurlu adlandırıb.

“CASIC Rocket Technology Company” kimi də tanınan “Expace” Çinin dövlət aerokosmik və müdafiə nəhəngi CASIC-ın tabeliyində fəaliyyət göstərir.

Geri qayıt