Birxeber.az / Naxçıvanda ölümlə nəticələnən qəza baş verib - FOTO - VİDEO

Naxçıvanda ölümlə nəticələnən qəza baş verib - FOTO - VİDEO

2-02-2024, 23:50

Xəbərə video əlavə olunub.

***

22.22

Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Əhmədov Vətən Məhəmməd oğlunun idarə etdiyi 75-BH-565 dövlət nömrəli nişanlı "Naz-Lifan" markalı avtomobil Türkiyə Rəspublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Cuma Ali Üzümcünün idarə etdiyi 27 AMP 616 nömrəli nişanlı qoşqulu yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində, "Lifan"da olan sərnişin, 1979-cu il təvəllüdlü Əhmədova Sevda Məşdi qızı hadisə yerinə ölüb, V.Əhmədov ağır yaralanıb. Onun hər iki ayağı qırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt