Birxeber.az / Naxçıvanda ölümlə nəticələnən qəza baş verib - FOTO

Naxçıvanda ölümlə nəticələnən qəza baş verib - FOTO

2-02-2024, 22:50

Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

Əhmədov Vətən Məhəmməd oğlunun idarə etdiyi 75-BH-565 dövlət nömrəli nişanlı "Naz-Lifan" markalı avtomobil Türkiyə Rəspublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Cuma Ali Üzümcünün idarə etdiyi 27 AMP 616 nömrəli nişanlı yük avtomobili ilə toqquşub.

Nəticədə, "Lifan"da olan sərnişin Əhmədova Sevda Məşdi qızı hadisə yerinə ölüb, V.Əhmədov isə ağır yaralanıb. Onun hər iki ayağı qırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt