Birxeber.az / Lənkəranda itkin düşən kişinin meyiti tapılıb

Lənkəranda itkin düşən kişinin meyiti tapılıb

2-02-2024, 22:40

Lənkəranda iki gündür itkin düşən kişinin meyiti tapılıb.

"Birxeber.Az"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Osaküçə kəndində baş verib.

Ailə üzvləri Arzu Asəf oğlu Mirzəyev barəsində məlumat ala bilməyiblər. Onlar bununla əlaqədar polis şöbəsinə müraciət ediblər. A.Mirzəyevin meyiti bu gün kənddəki körpünün altında, çayda aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Geri qayıt