Birxeber.az / Cənubi Sudanda fermerlər arasında qarşıdurmada 40 nəfər ölüb

Cənubi Sudanda fermerlər arasında qarşıdurmada 40 nəfər ölüb

2-02-2024, 21:50

Cənubi Sudanda fermerlər arasında baş verən qarşıdurmada azı 40 nəfər ölüb, 53 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Birxeber.Az “Figaro”ya istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilir ki, uzaq ərazilərdə ölənlərlə bağlı məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Sudanda quraqlıq mövsümündə fermerlər arasında qarşıdurmalar hər il yüzlərlə insanın ölümünə səbəb olur.

Geri qayıt