Birxeber.az / Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-25 metrədək güclənib

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-25 metrədək güclənib

21-01-2024, 21:40

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti saniyədə 23-25 metrədək güclənib.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

G.Məmmədovanın sözlərinə görə, küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.

Geri qayıt