Birxeber.az / İrəvanda Leninqrad uşaqlarının xatirə abidəsini təhqir edən şəxsin ölkədən çıxışına qadağa qoyulub

İrəvanda Leninqrad uşaqlarının xatirə abidəsini təhqir edən şəxsin ölkədən çıxışına qadağa qoyulub

2-02-2024, 20:40

Ermənistanın paytaxtı İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyan barəsində ilkin hökm çıxıralıb.

“Birxeber.Az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ilkin hökm onun ölkədən çıxışına qadağanın qoyulması formasındadır.

O, Ermənistan Cinayət Məcəlləsinin nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təşviq edilməsi məqsədi daşıyan açıq bəyanatlar, habelə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə bu məqsədlə materialların yayılması maddəsi ilə ittiham olunur və 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Geri qayıt