Birxeber.az / Zaqatalada 6 otaqlı ev yanıb

Zaqatalada 6 otaqlı ev yanıb

2-02-2024, 19:50

Zaqatalada 6 otaqlı fərdi yaşayış evi yanıb.

Birxeber.Az-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi günorta saatlarında rayonun Cimcimax kəndində ümumi sahəsi 200 kv/m olan birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt