Birxeber.az / "Fitch" 2024-cü ilin iyuluna qədər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağını proqnozlaşdırır

"Fitch" 2024-cü ilin iyuluna qədər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağını proqnozlaşdırır

2-02-2024, 19:40

“Fitch Solutions” reytinq agentliyinin ("Fitch Group"un bir hissəsi) analitikləri hesab edirlər ki, Azərbaycan və Ermənistan 2024-cü ilin birinci yarısında sülh sazişi imzalaya bilər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə analitiklərin rəyində deyilir.

“Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılması üzərində Azərbaycanın nəzarətinin gücləndirilməsi haqqında müddəalar daxil ediləcək”, - sənəddə qeyd edilib.

Onların fikrincə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib.

Geri qayıt