Birxeber.az / Ötən il ADY rekord həddə sərnişin daşıyıb

Ötən il ADY rekord həddə sərnişin daşıyıb

2-02-2024, 18:50

2023-cü ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rekord həddə – 7 milyon sərnişin daşınıb.

APA-Economics” in ADY-nin 20 illik hesabtına istinadən xəbərinə görə, Abşeron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı – Qəbələ – Bakı marşrutunun açılması və Bakı – Gəncə – Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar (Tovuz) və Dəllər (Şəmkir) stansiyalarına yenidən dayanacaq verilməsi sayəsində əldə edilən bu göstərici ötən ilin göstəricisindən 38% çoxdur (5,1 milyon nəfər). 

“Ötən il həm də ictimai nəqliyyatın yükünü azaltmaq üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə gündəlik 10 reys artırılıb, həmçinin Bakı – Sumqayıt – Bakı marşrutunda ekspres – iki şəhər arasında dayanacaqsız, birbaşa səyahət imkanı yaradan reyslər təyin edilib. Abşeron dairəvi dəmir yolu xəttində aylar üzrə ən çox sərnişin daşınan günlərin orta göstəricisi 26 min nəfər olub (2022-ci ildə 19,4 min nəfər)” – deyə məlumatda qeyd olunub.

Geri qayıt