“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) transformasiya nəticəsində öz vəsaitləri hesabına iri investisiya layihələrini həyata keçirib.
“APA-Economics” xəbər verir ki, xərclərin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi sayəsində ADY öz vəsaiti ilə 2023-cü ildə 35 milyon manat investisiya edib, nəticədə 16 km yolda rels dəyişdirilib, Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı-Suraxanı, Yeni Suraxanı-Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub, Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub, Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb.
2024-cü ildə isə bu vəsait 50 milyon manatı aşaraq 20-dən çox layihənin icrasına cəlb ediləcək. Həmçinin, Ələt Baş dəmir yolu stansiyası təmir ediləcək, yalama stansiyası genişləndiriləcək, 50 km uzunluğunda yolların üst quruluşu təmir ediləcək, Biləcəri çeşidləmə parkının təmiri tamamlanacaq.