Birxeber.az / ADY tərəfindən 303 yeni platforma alınıb

ADY tərəfindən 303 yeni platforma alınıb

2-02-2024, 18:50

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün işlər görülüb. Bu məqsədlə 303 yeni platforma alınıb. 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun alınması üçün müqavilə imzalanıb və teplovozlar qatar parkına daxil edilib. Həmin ildə Estoniyadan 4 ədəd müasir elektrovoz da alınaraq ölkəmizə gətirilib.

Birxeber.Az-Economics” in ADY-in 20 illik hesabtına istinadən xəbərinə görə, ötən illər ərzində yükdaşımalarda, xüsusilə tranzit yükdaşımalarda əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ölkəmiz üzərindən daşınan tranzit yüklərin həcmi 80%-ə yaxın artıb, 2023-cü ildə dəmir yolları ilə 18 milyondan çox ton ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.

Şimal – Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamalanıb. Ötən il bu terminalda 700 min tona yaxın yük aşırılıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şimal – Cənub dəhlizinin inkişafına töhfə verilib.

Geri qayıt