Birxeber.az / KİV: Krımdakı hərbi bazanın vurulması nəticəsində general da daxil olmaqla 10 hərbçi ölüb

KİV: Krımdakı hərbi bazanın vurulması nəticəsində general da daxil olmaqla 10 hərbçi ölüb

2-02-2024, 18:40

İşğal altında olan Krım yarımadasında Belbek aerodromuna Ukraynanın raket hücumu nəticəsində Rusiya ordusunun generalı Aleksandr Tatarenko ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, generaldan başqa, daha 9 hərbçi ölüb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuqi İqnat da hücum nəticəsində itkilərin olduğunu söyləyib. O, həmçinin Rusiyanın 3 təyyarəsinin sıradan çıxdığını deyib.

Qeyd edək ki, fevralın 1-də Krım yarımadasında Belbek aerodromuna raket hücumu olub. Nəticədə 80 159 saylı hərbi hissənin rabitə məntəqəsində yanğın başlayıb. Yanğının 30 kvadratmetr ərazini əhatə etdiyi bildirilib.

Geri qayıt