Birxeber.az / Azərbaycan Premyer Liqasında XXI turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XXI turun təyinatları açıqlanıb

2-02-2024, 18:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun təyinatları açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tura "Səbail" - "Qarabağ" oyunu ilə start veriləcək.

Son qarşılaşma isə fevralın 5-də baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

3 fevral (şənbə)

15:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”

17:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bank Respublika Arena”

4 fevral (bazar)

15:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu

5 fevral (bazar ertəsi)

15:00. “Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu

Geri qayıt