Birxeber.az / Strateji əhəmiyyətli malların kəskin qiymət dəyişməsinin müəyyənləşdirilməsi meyarları hazırlanacaq

Strateji əhəmiyyətli malların kəskin qiymət dəyişməsinin müəyyənləşdirilməsi meyarları hazırlanacaq

2-02-2024, 17:50

Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları hazırlanacaq.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti 6 ay müddətində strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Geri qayıt