Birxeber.az / Qırğızıstan Prokurorluğu: Bişkek İES-dəki qəza ilə bağlı təxribat əlamətləri görünmür - YENİLƏNİB

Qırğızıstan Prokurorluğu: Bişkek İES-dəki qəza ilə bağlı təxribat əlamətləri görünmür - YENİLƏNİB

2-02-2024, 17:50

Bişkek istilik elektrik stansiyasında (İES) baş vermiş qəzada terror aktı və təxribat əlamətləri görünmür.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, faktla bağlı üç maddə üzrə cinayət işi başlanıb.

***

13:59

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi Bişkek istilik elektrik stansiyasında (İES) qəzanın təxribat səbəbindən baş verdiyini istisna etmir.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev mətbuat konfransında bildirib ki, təxribat versiyası nəzərdən keçirilir.

Onun sözlərinə görə, ərazidə fövqəladə vəziyyət rejimi elan edilib.

“Məktəblər və uşaq bağçaları onlayn təhsil rejiminə keçirilib. Vəziyyət prezidentin nəzarətindədir. Temperaturun azalması səbəbindən elektrik enerjisi istehsalı artıb. Təmir işləri nəzərə alınmaqla əvvəlki rejimin bərpası 5-7 gün çəkə bilər", - Ajikeev əlavə edib.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, İES-də baş verən qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Əhməd Əkbərov

Geri qayıt