Birxeber.az / Avropa Superliqasında iştirak üçün klublara 100 milyon avro veriləcək

Avropa Superliqasında iştirak üçün klublara 100 milyon avro veriləcək

2-02-2024, 17:40

Avropa Superliqasında iştirak üçün klublara 100 milyon avro veriləcək.

“Report” xəbər verir ki, bu barədə turnirin təşkilatçılarından olan İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2024/2025 mövsümündən etibarən yarışın startı planlaşdırılır. Lakin bunun 2025/2026 mövsümündə reallaşması da istisna deyil: “İngiltərə klublarının Superliqada olmamaları məni maraqlandırmır. Avropa Superliqasında iştirak üçün klublara 100 milyon avro ödəniləcək. Heç UEFA Çempionlar Liqasının qalibi bu qədər qazana bilmir”.

Qeyd edək ki, UEFA və FIFA-nın Avropa Superliqası ilə bağlı tətbiq etdiyi qadağa qərarını Avropa məhkəməsi 2023-cü il dekabrın 21-də ləğv edib.

Geri qayıt