Birxeber.az / Ukrayna və Qazaxıstan liderləri arasında telefon danışığı olub

Ukrayna və Qazaxıstan liderləri arasında telefon danışığı olub

2-02-2024, 17:40

Ukrayna Prezidenti Volodimir Zelenski ilə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

“Report”un xəbərinə görə, bu barədə V.Zelenski “X”də yazıb.

O, həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.

“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, - V.Zelenski yazıb.

O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə K.J.Tokayevə təşəkkür edib.

Geri qayıt