Birxeber.az / Nazir: Aİ-nin hər hansı ad altında Ermənistana hərbi yardım göstərməsi sülh quruculuğuna xələl gətirəcək

Nazir: Aİ-nin hər hansı ad altında Ermənistana hərbi yardım göstərməsi sülh quruculuğuna xələl gətirəcək

2-02-2024, 16:50

Azərbaycan Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşıdır, ölkəmizə qarşı ikili standartların tətbiqi və ədalətsiz yanaşma sərgilənməsi regionda dayanıqlı sülhün qurulmasına töhfə vermir.

Birxeber.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşü zamanı deyib.

Nazir həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.

Nazir Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini vurğulayıb.

Geri qayıt