Birxeber.az / Strateji ehtiyatların nomenklaturaları təsdiqlənəcək

Strateji ehtiyatların nomenklaturaları təsdiqlənəcək

2-02-2024, 16:50

Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları təsdiqlənəcək.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti 6 ay müddətində strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Geri qayıt