Birxeber.az / ABŞ təşkilatı: Seçki məntəqələrinin çıxışında “exit-poll” keçiriləcək

ABŞ təşkilatı: Seçki məntəqələrinin çıxışında “exit-poll” keçiriləcək

2-02-2024, 16:50

Fevralın 7-də prezident seçkiləri günü seçki məntəqələrinin çıxışında “exit-poll”ar keçiriləcək.

APA xəbər verir ki, bunu növbədənkənar prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı Corc Birnbaum Şuşada keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, “exit-poll”un nəticələri seçkinin nəticələrinin elan edilməsindən əvvəl açıqlanacaq.

Geri qayıt