Birxeber.az / Dövlət ehtiyatları üçün malların tədarükü qaydası müəyyənləşəcək

Dövlət ehtiyatları üçün malların tədarükü qaydası müəyyənləşəcək

2-02-2024, 16:50

Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydası müəyyənləşəcək.

Birxeber.Az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti 6 ay müddətində dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Geri qayıt