Birxeber.az / Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə irəliləyib

2-02-2024, 16:50

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə xeyli irəliləyiş əldə edib.

"Birxeber.Az-Economics"in xəbərinə görə, bu barədə məlumat Estoniyanın Elektron İdarəçilik Akademiyasının hazırladığı “National Cyber Security İndex 2024” hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, Azərbaycan 31 ölkə arasında 66.67 balla 12-ci pillədə yer alıb.

Qeyd edək ki, bu göstərici ötən illərə nisbətdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir.

Geri qayıt