Birxeber.az / Faktiki hava açıqlanıb: küləyin sürəti 23-25 m/s-dək güclənib

Faktiki hava açıqlanıb: küləyin sürəti 23-25 m/s-dək güclənib

21-01-2024, 20:40

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib.

"Birxeber.Az" xəbər verir ki, bunu proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

"Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”, - o vurğulayıb.

Geri qayıt