Birxeber.az / Azərbaycanda 5 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycanda 5 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

2-02-2024, 16:40

Azərbaycan Mərkəzi Bankı 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar yanvarın 31-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Geri qayıt