Birxeber.az / Qərb təşkilatı ilk dəfə Qarabağda prezident seçkilərini müşahidə edəcək

Qərb təşkilatı ilk dəfə Qarabağda prezident seçkilərini müşahidə edəcək

2-02-2024, 16:40

Qərb təşkilatı ilk dəfə Qarabağda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidələr aparacaqlar.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Vlada Qalan bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu seçkilər “Oracle Advisory Group” təşkilatının müşahidə edəcəyi 5-ci kampaniya olacaq: "Yəni indiyədək Azərbaycanda 5 dəfə seçkiləri müşahidə etmişik. Artıq bu ölkədə 5 təcrübəli işçimiz var. Hansı ki, onlar Azərbaycanda digər komandaları təlimatlandıracaq və bu seçkilərdə olduqca fəal müşahidələr aparacağıq".

"Artıq 3 min seçici arasında sorğu aparmışıq. Bu isə seçicilərin təxminən 2 faizi deməkdir. Sorğunun 75,3 faizi şəhərlərdə, 23,4 faizi şəhər tipli qəsəbələrdə, 1,3 faizi isə kəndlərdə keçirilib. Gender məsələsinə gəldikdə isə onlardan 49,3 faizi qadın, 50,7 faizi isə kişilər olub. 50 faizi Bakı, 13,4 faizi Abşeron-Xızı, 3,3 faizi Gəncə-Daşkəsən, 3,3 faizi Naxçıvan, 3,3 faizi Şirvan-Salyan, 3,3 faizi Şəki-Zaqatala, 3,3 faizi Mərkəzi Aran, 3,3 faizi Lənkəran-Astara, 3,6 faizi Quba-Xaçmaz, 3,3 faizi Dağlıq Şirvan, eyni zamanda 3,3 faizi Qarabağ bölgəsini əhatə edib.

Geri qayıt