Birxeber.az / Fransız fermerlərin etirazları şəhərlərdən birinə 400 min avro ziyan vurub

Fransız fermerlərin etirazları şəhərlərdən birinə 400 min avro ziyan vurub

2-02-2024, 16:40

Fransanın cənubundakı Ajen kommunasında (Yeni Akvitaniya bölgəsindəki Lo-Qaronna departamentinin inzibati mərkəzi) fermerlərin etirazları nəticəsində dəymiş ziyan 400 min avro təşkil edib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ajen şəhərinin meri Jan Dionis dyu Sejur bildirib.

Bildirilib ki, o, zədələnmiş binaların və yol örtüyünün təmiri xərclərinin dövlət büdcəsindən ödənilməsini tələb edib.

Qeyd edək ki, Fransada fermerlərin etirazları son həftələrdə geniş vüsət alıb. Onlar əsas magistral yolları bağlayır, müxtəlif maneələr ilə nəqliyyatın qarşısını kəsiblər.

Geri qayıt