Birxeber.az / “Haber Global”: Fransa hökuməti Korsikanın azadlığını istəyən fəallara qarşı həbs və təzyiqləri artırıb - VİDEO

“Haber Global”: Fransa hökuməti Korsikanın azadlığını istəyən fəallara qarşı həbs və təzyiqləri artırıb - VİDEO

2-02-2024, 15:40

Fransa hökuməti Korsikanın azadlığını istəyən fəallara qarşı həbs və təzyiqləri artırıb.

“Report”un məlumatına görə, bu barədə Türkiyənin “Haber Global” telekanalının Korsika adasındakı son vəziyyətlə bağlı hazırladığı xüsusi süjetdə qeyd olunub.

Bildirilib ki, Korsika adasında azadlıq tələbi ilə Fransa hökumətinə qarşı etirazlar davam edir:

"Korsikalılar Makron hökumətinə öz tələblərini irəli sürüblər. Fransa isə korsikalıların muxtariyyət istəyindən başqa heç bir tələbinin qəbul olunmayacağını bəyan edib. Makron hökuməti qəti şəkildə korsikalıların azadlıq tələbini rədd edir. Buna görə də müstəqillik tələb edən hərəkat üzvlərinə qarşı həbslər və təzyiqlər artırılıb".

Süjetdə qeyd olunub ki, Korsika xalqının bir hissəsi muxtariyyət tələb etdiyi halda, böyük bir qisim azadlıq istəyi ilə çıxış edir:

"2023-cü ilin sentyabr ayında Fransa Prezidenti Emmanuel Makron adanı ziyarət edəndə Korsikaya özəl bir muxtariyyət verilə biləcəyinə eyham vurub. Bu, bir ilk idi. Bununla bağlı korsikalılara ortaq fikrə gəlmələri və təkliflər hazırlamaları üçün təxminən 6 aylıq bir müddət təyin edilmişdi. Artıq korsikalılara verilən vaxt mart ayında yekunlaşır. Gələn ay Fransa daxili işlər nazirinin adaya səfəri gözlənilir. Lakin nazirin səfərindən öncə Korsika adasında vəziyyət gərginləşir, çünki xalqın muxtariyyətə qane olan hissəsi və azadlıq tələb edən kəsimi arasında da anlaşılmazlıq hökm sürür".

Geri qayıt