Birxeber.az / Kanada və Ukrayna XİN başçıları Kiyevə hərbi yardımın göstərilməsi məsələsini müzakirə ediblər

Kanada və Ukrayna XİN başçıları Kiyevə hərbi yardımın göstərilməsi məsələsini müzakirə ediblər

2-02-2024, 15:40

Kiyevdə səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli ukraynalı həmkarı Dmitri Kuleba ilə ölkəyə hərbi yardım göstərilməsi məsələsini müzakirə edib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Kuleba mətbuat konfransı zamanı bildirib.

"Biz hava hücumundan müdafiə sistemlərinin və digər silahların gücləndirilməsi üzərində işləməyə davam edirik. Kanada bu işdə bizə kömək edə bilər", - o vurğulayıb.

Qeyd edilib ki, nazirlər iki ölkə arasında azad ticarət sazişi, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və s. ilə bağlı müzakirələr aparıblar.

Geri qayıt